"Qarabağ"ın futbolçusu qəza törətdi - körpə öldü

8 Dekabr 2016 11:58 (UTC+04:00)

Tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib. Movqe.az Goal.az-a  istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiperin idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub. "Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir. Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb.

Qafqazinfo.az