Bakıda vurulan piyadanın başı avtomobilin salonuna girib, onun boynu üzülüb

9 Dekabr 2016 10:21 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şossesində qeydə alınıb.
Belə ki, İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman piyada 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındırıraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadan xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub./report/