Gömrükdə güldanların içindən 24 minə yaxın siqaret çıxdı (FOTO)

9 Dekabr 2016 11:39 (UTC+04:00)

Gömrükdə xeyli sayda aksiz markası olmayan siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə birlikdə piyada gələn 3 nəfər Azərbaycan vətəndaşının gətirdiyi 5 ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Baxış zamanı 5 ədəd bağlamada 20 ədəd güldanın içərisindən gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmayan 23800 ədəd “Manchester” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.