"Bu şəhərdə"nin Rafaeli toya hazırlaşır

9 Dekabr 2016 11:46 (UTC+04:00)

"Bu şəhərdə"nin Rafaeli toya hazırlaşır

Əməkdar artist Rafel İsgəndərovun ailəsində vağzalı sədası səslənəcək. 

Movqe.az  lent.az-a istinadən xəbərinə görə, "Bu şəhərdə"nin aktyorunun qızı dekabrın 13-də gəlin köçəcək. Aktyor toya dəvət etdiyi qonaqlara bu məclis barədə öncədən mediaya məlumat verməməyi xahiş edib.

Onu da əlavə edək ki, mediaya qapalı olacaq toya şou-biznesin say-seçmə simaları dəvət olunub.