Bakıda məcburi köçkün özünü öldürdü

9 Dekabr 2016 15:58 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib. Movqe.az-ın  məlumatına görə, Nəsimi rayonu Cavadxan küçəsi 64 ünvanındakı binada yaşayan 1962-ci il təvəllüdlü Quliyev Əbülfət Şura oğlu özünü hamam otağında tavana bərkitdiyi iplə asaraq həyatına son qoyub. Onun özünü hansı səbəbdən öldürməsi hələlik məlum deyil.
 
Qeyd edək ki, Ə.Quliyev Cəbrayıl rayonundan məcburi köçkün olub.
 
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.