Hamiləliyinin son günlərini yaşayan Şəbnəmdən BƏD XƏBƏR

9 Dekabr 2016 17:47 (UTC+04:00)

Hamiləlik xəbərləri ilə gündəmdən düşməyən müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişində qonaq olub.

Movqe.az  xəbər verir ki, hamiləliyinin 6-cı ayını yaşayan müğənni səhhətində heç bir problem olmadığını bildirib: 

"Səhnədən getmirəm. Mən tənbəl qız deyiləm, hərdən halsızlığım olur. Yeni mahnılar üzərində işləyirəm. Artıq 5 aydır normal səhnə fəaliyyətindəyəm. Ola bilər ki son 1-2 ay efirə çıxmayam. Çünki xarici görünüşümlə bağlı utanıram. Amma bölgələrdə olan toylara bir müddətlik yox deyirəm".