ABŞ Suriyada əsgər sayını artırır

10 Dekabr 2016 17:37 (UTC+04:00)

ABŞ Suriyaya daha 200 əsgər göndərməyi planlaşdırır.

Movqe.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Eşton Karter bildirib.

Onun sözlərinə görə, ABŞ əsgərləri Rəqqada İŞİD-ə qarşı vuruşan yerli hərbi birləşmələrə təlim keçəcək. Suriyaya gələcək hərbçilər arasında partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər də olacaq.

Hazırda Suriyada 300 ABŞ hərbçisi var./trend/