Ərdoğan: Türkiyə güclənmədən regionun inkişafı qeyri-mümkündür

10 Dekabr 2016 18:32 (UTC+04:00)

"Regionun inkişafı Türkiyənin nailiyyətlərindən asılıdır".

Movqe.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib: "Biz dəfələrlə regionun inkişafının Türkiyənin nailiyyətləri ilə sıx əlaqədə olduğuna şahidlik etmişik. Əlbəttə ki, bu mövzuda ölkəmizin üzərinə böyük məsuliyyət düşür. Amma bu, Türkiyə üçün şərəfdir".