İstanbulda baş verən iki partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb (YENİLƏNİB)

11 Dekabr 2016 09:00 (UTC+04:00)

İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.

Movqe.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.

S. Soylu əlavə edib ki, hadisəylə bağlı 10 şübhəli şəxs saxlanılıb. O qeyd edib ki, partlayışlardan biri uzaqdan idarə olunan bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib.

XXX

00:13

İstanbulun mərkəzində yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 20 polis işçisi yaralanıb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib.