Əhmədliyə 90-cı illər qayıdıb

19 Dekabr 2016 15:10 (UTC+04:00)

Şəkillərdəki mənzərələr Bakının Xətai rayonu, Əhmədli qəsəbəsindədir. Belə ki, Əhmədlidə küçə ticarətinin, dilənçinin əlində tərpənmək mümkün deyil. Xüsusən də bayram günləri yaxılaşdığından küçədə qanunsuz ticarətlə məşğul olanların sayı günü-gündən artır. Satışda isə nə isə nə istəsən tapmaq olar. Balıq, ağartı məhsulları, geyim, meyvə, ətir, gül... Diqqəti çəkən məqam budur ki, satıcılar gecə saatlarında məhsullarını yığışdırmırlar. Üzərini nə iləsə bağlayıb gedirlər. Səhər isə yenidən fəaliyyətlərini davam etdirirlər. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov movqe.az-a bildirdi ki, yaxın yarım saat ərzində göstərilən ərazi tam təmizlənəcək: “Qeyri-qanuni küçə ticarətinə qarşı mübarizə Bakı şəhəri ticarət və xidmət departamentinin bir nömrəli vəzifəsidir. Sadəcə, bayram günləri yaxınlaşdığına görə belə hallar artır. Amma eyni zamanda bizim reydlərin də sayı artır, intensiv xarakter alır”.

Mübariz BAYRAMOV