Bill Qeyts gələcəyin ixtisaslarını açıqladı

28 Dekabr 2016 19:00 (UTC+04:00)

Microsoft-un qurucusu və məşhur milyarder Bill Qeyts gələcəyin biznes dünyasında ən çox tələb olunacaq 3 biznes sahəsini açıqlayıb.

Movqe.az xəbər verir ki, biznes dünyasının məşhur sosial şəbəkəsi olan LinkedIn-in rəhbəri Daniel Rota müsahibə verən Bill Qeyts, gələcəkdə karyera quracaq şəxslər üçün ən mühüm sahələrin dəqiq elmlər, riyaziyyat və iqtisadiyyatın olacağını düşündüyünü açıqlayıb. "Mütləq kod yazmaq lazım deyil, lakin mühəndislərin nələr etdiklərini və nə edə bilmədiklərini bilməlisiniz", - deyə Qeyts bildirib. Microsoft-un qurucusu bu sahələrdə səlahiyyəti olan şəxslərin gələcəkdə bütün qurumlar üçün dəyişikliyin hərəkətverici gücü olacağını düşündüyünü bildirib.
 
Bill Qeyts bir neçə gün əvvəl təmiz enerji istehsal etməyin yeni yollarına investisiya qoymaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə işlər aparacaq 1 milyard dollarlıq fonda rəhbərlik edəcəyini açıqlayıb. Fondun idarəetmə üzvləri arasında ümumi sərvəti 170 milyard dolları keçən Amazon-un icraçı direktoru Cef Bezos, Alibaba-nın qurucusu Cek Ma kimi məşhur investorlar var./milli.az/