FACİƏ: Gözü dönmüş pitbul ailə üzvlərini parçaladı

3 Yanvar 2017 11:00 (UTC+04:00)

ABŞ-ın Florida ştatında bir ailə az qala faciəli şəkildə pitbulun qurbanı olacaqdı.

Movqe.az publika.az-a istinadən bildirir ki, Tampa sakini Brend Qerrero evdə saxladığı itə paltar geyindirmək istəyib. Bu zaman pitbul ev sahibəsinə hücum edib. Daha sonra onu evdən qovmaq istəyən qadının ərini dişləyib. Valideynlərinin düşdüyü vəziyyəti görən uşaq itin belinə və boynuna 1-2 yumruq vurub. Qəzəbli pitbul sahibinin övladını da dişləyib.

Hadisə yerinə gələn polis əməkdaşları onu yalnız elektroşokla zərərsizləşdirə bilib.