Azəri qızı Günelin qardaşı Tunar evlənir - Görün kiminlə...

9 Yanvar 2017 10:54 (UTC+04:00)

Azəri qızı Günelin (Günel Zeynalova) qardaşı, müğənni Tunar Rəhmanoğlu ailə həyatı qurur.

Movqe.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, ailəsi sənətçi üçün bir neçə həftə bundan əvvəl elçi gedib.

Sənətçi bir ildir ki, sevgili olduğu şəxslə münasibətlərini rəsmilləşdirmək niyyətindədir. Toyun mart ayında baş tutacağı bildirilib.

Tunarın ailə quracağı xanım isə özəl məktəblərin birində ibtidai sinif müəlliməsidir.