Yeni ildə özünüzü də yeniləyin - 8 FORMUL

9 Yanvar 2017 23:00 (UTC+04:00)

Yeni il hər birimiz üçün yeni başlanğıc, yeni ümid deməkdir...
 
Hər il sona çatanda yaşadıqlarımızı gözdən keçirir, bəzi yaşadıqlarımıza görə peşmançılıq hiss edir, hüznlərə qapılırıq... Bəzilərini xatırlayanda isə doğru qərarlar qəbul etməyin xoşbəxtliyini, həzzini yaşayırıq. Hər il təkrarladığımız bu sorğu-sualın tək bir məqsədi var: daha xoşbəxt, sağlam, hüzurlu bir həyat yaşamaq.
 
Ancaq bəzən gözləntilərimizin çox olması, yaşanan mənfi şeylərə köklənmək və ya hər şeyə yetişməyə çalışmaq kimi yanlış vərdişlərimiz və düşüncələrimiz səbəbindən özümüzü üzürük. Bəzən də xoşbəxtliyi özümüz deyil, başqalarının davranış və sözlərinə bağlayaraq əldə etmək səhvinə yol veririk. Öz düşüncə, xəyallarımızı başqalarının üzərində qurur və beləcə, xoşbəxtlikdən tamam uzaq düşürük.
 
 
Yeni ildə isə belə səhvlər etməmək, yeni həyat yaşamaq üçün Aile.lent.az-ın aşağıdakı tövsiyələrinə əməl edin. Yeni ildə özünüzü yeniləməyin 8 formulunu təqdim edirik.
 
 
Mükəmməl olmağa çalışmayın
 
Hər şeyə yetişmək və bunları çox yaxşı bir şəkildə etməyə çalışmaq, çox yüksək gözləntilərə sahib olmaq, zamana meydan oxumaq kimi şeylər insana daha çox qayğı yükləyir və problemlərə yol açır. Ancaq bu qayğıdan uzaqlaşıb, “yetərincə yaxşı” ola bilmək insanın qayğısını azaldıb, əldə etdikləri, sahib olduqları ilə daha xoşbəxt olmasına yardım edəcək.
 
Xoşbəxtliyi həyatınızın tək bir sahəsi ilə əlaqələndirməyin
 
Bəzi insanlar üçün xoşbəxtliyin tək şərti işdəki uğuru, bəziləri üçün ailəsindəki rolu, kimisi üçün də sosial həyatıdır. Bütün meyllərini yönəltdikləri o sahədə işlər yolunda getmədiyində motivasiya əskikliyi, çarəsizlik və üzüntü yaranır. Həyata geniş pəncərədən baxıb hər sahənin ayrı-ayrılıqda qiymətini bilmək və bunlara diqqəti yönəltmək neqativ duyğu və düşüncələrdən uzaqlaşdıraraq insanı xoşbəxt edir və mənfilərin ona təsirini azaldır.
 
Bitən ili mənfi dəyərləndirməyin
 
Həyat eniş-çıxışlarla dolu bir yoldur. Hər ilin bitməsi ilə keçmiş yaşananlar müzakirə edilir. Ancaq yaşanan mənfilərə daha çox diqqət yönəltmək müsbətlərin üzərinə pərdə örtməyə və insanı gələcəyə dair ümidsiz olmağa itələyir. Halbuki gələcəyə hər zaman pozitiv baxmaq lazımdır.
 
Zamanın dadını çıxarın
 
Elə hey keçmişi düşünüb yaşanılan anı unutmaq özünü cəzalandırmaqdır. Amma yaşanılan anın dadını çıxarmaq mükafatdır. Keçmişin keçmişdə qaldığı, gələcəyin daha yaşanmadığı şüuru ilə mövcud zamanın dadını çıxarmağa çalışın.
 
Həm özünü, həm başqalarını tənqid etməyi öyrənin
 
Yaşanan mənfi hallara görə, həm özünüzü, həm də başqalarını çox pis tənqid edə bilərik. Halbuki bunun yerinə uğurlarımızı tərifləməliyik.
 
 
Bağışlamağı öyrənin
 
Yaşadığımız travmalar, aldığımız zərbələr bizi qəddar olmağa, kin saxlamağa itələyə bilər. Bu duyğular yaşadıqlarımızın təsirini silməməklə bərabər bizi içdən-içə gəmirərək tükəndirir. Həyatda hər şeyin yaşana biləcəyini qəbul edərək, bağışlamağı da öyrənin.
 
Hədəflərinizi gerçək tutun
 
Bir il sonra yeni hədəf təyin etmək insanı motivasiya edir və gələcəyə doğru ümidləndirir. Ancaq hədəflərin həqiqətə uyğun olmasına diqqət edin.
 
 
Aktiv olun, hobbi əldə edin və sosiallaşın
 
Ailə və iş kimi mövcud problemlər həyatın içinə başqa şeylər qatmağı unutdurur. Xoşbəxt olmaq üçün zövq aldığınız şeyləri həyatınıza qatın. Hobbi ilə  məşğul olmaq, idman etmək, sevdiklərinizə daha çox zaman ayırmaq gündəlik həyat stressinin təsirlərini yüngülləşdirəcək./lent.az/