"İlin futbolçusu" mükafatı sahibini tapdı

10 Yanvar 2017 12:37 (UTC+04:00)

Sürixdə FİFA tərəfindən 2016-cı ilin ən yaxşıları mükafatlandırılıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "İlin futbolçusu" adına Kriştianu Ronaldo layiq görülüb. "Real Madrid" və Portuqaliya millisinin liderinə mükafatı FİFA prezidenti Canni İnfantino təqdim edib. "The Best" adlanan bu mükafata Lionel Messi və Antuan Qrizmann da iddia edirdi.

Qeyd edək ki, Ronaldo dekabrda "France Football" nəşrinin təqdim etdiyi "Qızıl top" mükafatına da layiq görülmüşdü.