İstanbul məktəbləri sabah da bağlı olacaq

10 Yanvar 2017 16:14 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək.

Movqe.az-ın məlumatına görə, İstanbul valisi Vasip Şahin qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələrinin sabah da bağlı olacağını bildirib.

Qeyd edək ki, Türkiyədə, o cümlədən İstanbulda ötən həftənin cümə günündən qarlı-şaxtalı hava şəraiti müşahidə olunur. Şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər./trend/