Dünyada ilk dəfə "eko-məscid" tikilir

10 Yanvar 2017 22:31 (UTC+04:00)

Dünyada ilk dəfə tamamilə "yaşıl enerji" əsasında fəaliyyət göstərəcək məscid tezliklə Omanda istifadəyə veriləcək.

Movqe.az-ın  trend-ə istinadən verdiyi məlumata görə, layihənin baş memarı Bədr Əl-Hədəbi işlərin 90 faizinin başa çatdığını bildirib: "Hazırda məscidin dam örtüyündə günəş panelləri quraşdırılır".

O qeyd edib ki, binanın içində 50-dək insan ibadət edə biləcək. Baş memar belə az tutumun səbəbini binanın havalandırılması üçün çox böyük həcmdə enerjinin tələb olunması ilə izah edib.