AŞ PA həmməruzəçiləri Azərbaycana gəlirlər

10 Yanvar 2017 17:37 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın 12-14 yanvarda Bakıya səfər edəcəyi planlaşdırılır.

Movqe.az-ın təşkilatın saytına istinadən verdiyi məlumata görə, Ş.Şennak və S.Predanın ölkə rəhbərliyi, o cümlədən parlament spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, Baş prokuror, Vəkillər Kollegiyasının sədri, həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daxil olmaqla, parlamentarilərlə görüşəcəyi nəzərdə tutulur.

Bundan başqa, həmməruzəçilər vətəndaş cəmiyyətinin və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşməyi planlaşdırırlar.