Evlərin və torpaqların qeydiyyatında yenilik

11 Yanvar 2017 11:09 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata əsasən vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər. Komitəsindən Movqe.az-a verilən xəbərə görə, bunun üçün “Əmlakın qeydiyyatı Kalkulyatoru” yaradılıb.
Yeniliyin əsas məqsədi qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılmasını  təmin etməkdir.