Elman Rüstəmov bank rəhbərləriylə görüşəcək

11 Yanvar 2017 11:17 (UTC+04:00)

Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün bank rəhbərləri ilə görüşəcək. Movqe.az-ın məlumatına görə, tədbirlə bağlı Azərbaycanda fəaliyyətdə olan  bütün banklara müraciət olunub. Tədbirdə İdarə Heyətinin sədri və Xəzinədarlıq departamentinin direktorları səviyyəsində təmsil olunacaq.

Onu da qeyd edək ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və Strateji Yol Xəritəsi və Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş “2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı  müzakirələr aparılacaq.