460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb

11 Yanvar 2017 11:32 (UTC+04:00)

Ötən il ərzində B. Ə. Eyvazov adına ET Hematologiya və Transfuziologiya  İnstitutuna 12628 vətəndaş müraciət edib. Bu barədə  İnstitutun baş həkimi Aris Əliyev Zöhrə məlumat verib. Z.Əlimirzəyeva bildirib ki, ilkin müraciətlərin sayı 4519 olub: "2015-ci ildə isə bu rəqəm 4036 təşkil edib. Hal-hazırda müəssisədə 27523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə isə bu rəqəm 23962 olub. Ümumilikdə, bitən il ərzində 460 nəfərdə qanın   bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib. Ötən il 522639 labarator müayinə aparılıb. Bura hematoloji, sitoloji, biokimyəvi , immunoloji və molekulyar -genetik müayinələr daxildir"

 

Zülfiyyə QULUYEVA