Üz oxuma elmi - Fizionomiya

11 Yanvar 2017 12:18 (UTC+04:00)

Fizyonomiya üz cizgilərindən insanın xarakterini, ruh halini, psixoloji durumunu və hətta sağlıq durumunu müəyyən etmək məqsədiylə hələ qədim dövürdən məlum olan, keçmişdən bu günə qədər uzun inkişaf yolu keçərək gəlmiş üz oxuma elmidir.

Bəzi mənbələrdə “fizyognomiya” adlanan bu elm sahəsi yunanca physis-təbiyyət və gnomon-fikir və yaxud rəy mənasını verir. Tarixi eramızdan 3000 il əvvəl Çində Sarı imperator, Tao və Ching dönəmində mənlum olduğu söylənilən fizyonomiya qədim fəlsəfə elminin bir qoludur. Çinlilər insan üzünün qaş, göz, burun, ağız və qulaq olmaq beş əsas üzvünün olduğunu və bu üzvlərindən ən azı birinin gözəl və normal görünüşə malik olacağı halda həmən insanın azı 10 il xoşbəxt həyata yaşaya biləcəyinə inanırdılar. Lakin fizyonomiya elminin inkişafını təkcə çinlilərlə əlaqələndirmək olmaz burada yunan, islam, orta əsr Avropa alimlərinin və müasir dövür alimlərinində rolunu xüsusi qeyd etmək lazımdır.

Qədim yunan alimi Aristotel fizyonomiya ilə əlaqədar yazdığı kitabda insan sifətinin, bədənin və səsinin fizki xüsusiyyətləri barədə məlumatlar əksini tapmışdır. Məsələn Aristotel insanın üz quruluşunu, alınını, baş quruluşunu, gözlərini, dərisinin rəngini, saçının rəngini, bədən hərəkətlərini, boyunu, baxışlarını və özünə məxsus xüsusiyyətlərini digər canlılarla müqayisə edərək heyvanlarla insanların oxşar xüsusiyyətlərinin olmasını vurğulamaqla yanaşı eyni zamanda insanın üz quruluşu ilə xarakteri arasında əlaqənin olması mümkünlüyünü qeyd edirdi. Aristotel deyirdi sən sifət quruluşuna görə hansı heyvana oxşayırsansa o heyvanın xüsusiyyətləri səndə mövcuddur. Yunan alimlərindən Hippokrat və Plotonunda fizyonomiya haqqında əsərlər yazdıqları məlumdur.

İslam aləmində fizyonomoya “elmi Fərasət” “Elmi Qiyafət” və “elmi Sima” adlanmaqla gizli elmlər sırasında sayılırdı və bu elmdən yalnız təsəvvüf əhli sufi şeyxləri, böyük alimlər və xüsusi yetişdirilmiş dövlət xadimləri xəbərdar idilər. İslam alimlərinin fizyonomiya mövzusunda çox sayda əsərlərinin və araşdırmalarının olduğu elmə məlumdur. Əsası XIV əsrin sonu və XV əsrin əvvəllərində Fəzlullah Nəimi tərəfindən Azərbaycanda qoyulmuş Hürufilik təlimində insanın üz quruluşu haqqında qiymətli araşdırmalar aparılmışdır. Hürufilikdə insanın üzü kitabədir və Allah insanın üzündə təcəlli etmişdir ifadəsi isə mövzunu bir qədərdə dərinə çəkərək mövzuya mistik çalarlar qatmışdır.

Böyük filosof və tibb alimi Əbu Bəkr Məhəmməd bin Zəkəriyyə Razi tərəfindən yazılmış Əl-Mənsur adlı tibb elminə aid olan əsərin ikinci məqaləsi fizyonomiyadan bəhs edir.

İslam aləminin tanınmış ailmlərindən olan Fəxrəddin ər-Razi yazdığı Kitabul Fərasə adlı əsərində insanin bədən quruluşundan onun əxlaqı xarakteri və xasiyyətini müəyyənləşdirməyin mümkünlüyünü qeyd edirdi. Raziye göre üz oxuma elmi analizə təcrübəyə və təbiyyət elminə dayandığı üçün tibb elmi kimi həqiqi elmdir və tibb eliminin kömekçisidir.

Enisklopedik biliyə malik İbn Sinanın və Əbu səhl Məsihinin qiyafətnamə haqqında əsərlərinin olduğu bilinir. Yenə təsəvvüf əhli olan Kuşeyinin Etvaru Selatinil Müslimin əsərinin bir qismi fizyonomiya aiddir. Böyük sufi alimi və enisklopekdik biliyə sahib Muhiyyidin İbn Ərəbinin İlahiyyə əsərinin 148-ci hissəsi fizyonomiyadan bəhs edir.

Türk dünyasının qızıl kitablarından olan Yusif Has Hacib tərəfindən yazılmış Qudatqu Bilik kitabı isə bütövlüklə fizyonomiya aid ifadələrlə doludur. Burada hökümdarın ətrafında olacaq şəxslərin xarici görünüşləri saçı, saqqalı və boyuna qədər necə olmalıdır barədə ətraflı məlumatlar əksini tapır. Qədim dövürdə sarayda fizyonomiyanı bilən xüsusi insanlar yetişdirilirdi, bu şəxslər təkcə saraya qəbul edilən cariyə və qulların fizyonomiyasını incələməklə məşğul olmurdular həmdə şahzadələrində yetişməsində iştirak edirdilər.

İslam aləmində bu sahədə bir çox əsərlər və araşdırmalar mövcud olsada böyük sufi Ərzurumlu İbrahim Haqqının Mərifətnamə əsərini xüsusi qeyd etmək lazımdır. İbrahim Haqqı mərifətnamə əsərində fizyognomiya bölməsində insanın üz quruluşu və bədənin ayrı-ayrı əzaları ilə insanın xarakteri arasında əlaqə qurmağa çalışmışdır.

Orta əsr Avropa alimlərindən Giovanni Batissta Della Port təbiyyətin müəyyən qanunları və bəlli vücud formalarına görə insanların ruh hallarının öyrənilməsini mümkün sayırdı.

Fizyonominin inkişafı sahəsində Avropa alimlərinin ən önəmli araşdırmalar Johann Caspar Lavater tərəfindən aparılmışdır. Johann Caspar Lavaterə görə insanın üzündə mövcud olan göz, qaş, alın, çənə, dodaq, yanaq, qulaq, burun və digər üzvlər istər ayrı-ayrılıqda istərsədə birlikdə psixoloji mənalar daşıyır və insan şəxsiyyətinin anlaşılmasında mühüm rola malikdirlər.

Müasir dövrümüzdə fizyonomi sahəsində dərin araşdırmalar aparılmaqda və fizyonominin elmi əsaslarının subut olunması sahəsində təcrübələr davam etməkdədir. Araşdırmaların əsasını fizyonominin falçılıq və gələcəkdən xəbər vermə vasitəsi deyil insan üzünün oxunmasının elmi xüsusiyyətlərinin subut edilməsi təşkil edir.

Fizyonomiya elmi ilə məşğul olanlar insan sifətini oxumağın iki müxtəlif üsulunu müəyyənləşdirmişlər.

Birinci üsul insanın sifət quruluşunun və cizgilərnin hansısa heyvana oxşarlığı ilə həmən heyvana xas xüsusiyyətlərə əsaslanmaqla xarakter analizi.

İkinci üsul sifət cizgilərini ayrı-ayrı analiz etməklə üz oxuma elmidir. Fizyonomiyada baş quruluşu, sifət və sifətin hər bir cizgisinin insan xarakteri və ruh halinin analizində özünə məxsus xüsusiyyətlərini aşağıdakı formada ümumiləşdirmək mümkündür:

Baş: ağıllı hərəkəti, həssaslığı, xeyirxahıəğı və ya ağılsızlığı ifadə edir.
Üz: xeyirxahlığı, anlayışı, sərt xarakter və bəzi hallarda hiyləkarlığı ifadə edir.
Alın: düşüncəni, xəyal gücünü və zəkanı xarakterizə edir.
Yanaqlar: qəddarlığı, enerjini və yardımlaşmağı ifadə edir.
Qaş: düşünməni, qərar vermə bacarığını, gözəl əxlaqı və duyğusallığı ifadə edir.
Göz: yeni fikirləri, hissləri,iradəni və davranışı ifadə edir.
Göz qapaqları: səmimiyyəti, arzuları və istəksizliyi ifadə edir.
Kipriklər: ağılı, zəkanı, yaxşlığı, anlayışı, əsəbiliyi və aqresiyanı ifadə edir.
Burun: idarəçilik. biznes və sənətkarlıqda uğurları və şəhvəti ifadə edir.
Ağız: xoşbəxtliyi, kədəri, mükəmməlliyi, kobudluğu və yalançılığı ifadə edir.
Dodaqlar: hisslərin ifadəsini, ehtirası, səbri, ağılı və ağılsızlığı ifadə edir.
Dişlər: inadkarlıq və utancaqlığı ifadə edir.
Çənə: ehtirası, aqressivliyi, iradəni və liderlik xüsussiyyətlərini ifadə edir.
Qulaq:çoxdanışanlığı,ağılsızlığı, xəsisliyi, xəyalpərvərliyi və cəsarəti ifadə edir.

Fizyonomoya elmində cuzgilərin sayı çox olsada təməlini insan üzünün “5 həyat cizgisi” və “üzün 3 hissəsi” təşkil edir.

Üzün həyat cizgiləri bunlardır:

Qaşlar.
Gozlər.
Ağız.

Fizyonomiya elminə görə insanın üzünün “3 hissəsi” aşağıdakılardır:

Üst yəni saçlardan qaşlara qədər olan alın hissəsi insan bədəninin və ruhunun durumunu ifadə edir.
Orta yəni qaşlardan buruna qədər olan hissə insanın psixoloji durumunu ifadə edir.
Aşağı yəni burundan çənənin altına qədər olan hissə insanın xarakerini ifadə edir.

Fizyonomiya elminə görə insanın alın bölgəsi fiziki quruluşuna görə üç hissəyə bölünür:

Alının hər iki kənarları birinci hissəsidir və alının bu hissəsinin daha qabarıq olması şəxsin güclü yaddaşı olması deməkdir.
Alının ikinci hissəsi hər iki tərəfdəki birinci hissədən ortaya doğru olan bölgələrdir ki, bu bölgələrinin daha qabarıq olması şəxsin düşünmə gücünün inkişaf etməsi deməkdir.
Alının üçüncü hissəsi tən orta hissəsidir ki, bu hissənin daha çox qabarıq olması insanın yaradıcılıq qabiliyyətinin güclü olması deməkdir.

Üzün digər incələmə metodu sifətin sağ və sol tərəf olaraq iki hissə üzrə incələnməsidir. Tibb elminə əsasən bədənimizin sol tərəfi sağ beynimiz, sağ tərəfi isə sol beynimiz tərəfindən idarə olunur. Demək ki, insan üzünün sağ hissəsi elm məntiq, analiz və dəqiqlik kimi məsələləri kontrol edən sol beyin, sol hissəsini isə duyğusallıq, xəyal gücü, yaradıcılıq, musiqi və romantiq hissləri kontrol edən sağ beyin idarə edir və bu insan üzündə öz əksini tapır.

Bir digər məsələ üzümüzün sağ tərəfi anadan, sol tərəf atadan qaynaqlanır və şəxsin üzərində bunun təsiri vardır.

İnsan üzünün sağ tərəfi sol beyin tərəfindən idarə olunduğu üçün bu hissədə duyğular və hisslər əks olunmaz. Üzümüzün sol tərəfi sağ beyin tərəfindən idarə edildiyi üçün hətta keçmişdə yaşadığımız iztirablar, çətinliklər və hər cür duyğusal anlar üzümüzün sol tərəfində iz buraxır.

Üz yan profildən aşağıdakı üç hissəyə bölünərək incələnir:

Üzün birinci hissəsi qaşlardan yuxarı tərəf saç bitən hissəyə qədər alın hissəsi analitik bölgə olaraq qəbul edilir. Analitik bölgəsi böyük və geniş olan insan incələməyi, düşünməyi və araşdırmağı sevən insanlar olur.
Üzün ikinci hissəsi qaşlardan burunun bitən nöqtəsinə qədər olan “Pratik” adlanan hissədir.Üzün pratik hissəsi nəzərə çapracaq qədər geniş olanlar ədalətli,insaflı və düşüncəli insanlardır.Başladıqları işi bitirmədən əl çəkməzlər.
Üzün üçüncü hissəsi burunun altından başlayıb çənənin altında bitən hissiyat bölgəsidir. Üzün bu hissəsi daha nəzərəçarpan olanlar özlərinə güvənirlər və hər hansı işə düşünmədən başlarlar.

Fizyonomiya elminin inkişafı və daha geniş çərçivədə öyrənilməsi dövlətimiz, cəmiyyətimiz, biznes sahəsi, yerli özünü idarəetmə orqanları və insanlarımız üçün olduqca vacibdir. Fizyonomiyanın yaranma və inkişafı hər nə qədər şərqlə əlaqədar olsada müasir dünyamızda qərbin bu elmi mənimsəyib həyatın istənilən sahəsində istifadə etmələrinin şahidi oluruq.

Fizyonomiyanın mükəmməl bilicisi olan Amerikanın 16-cı prezidenti Avraham Linkoln maliyyə naziri üçün ən layiqli hesab edilən namizəd McNeedi qəbul edərək diqqətlə onun sifətini incələyir və onun sifət quruluşunun siçovula bənzədiyini ona etmək olmayacağını anlayıb gedə bilərsiz deyir. Namizəd getdikdən sonra ətrafındakılara bu adamı bir daha görmək istəmədiyini söyləyir. Bir qədər sonra həmən şəxsin öz qardaşını ödürərək məhkum olduğu və daha sonra məhbəsdən qaçdığı xəbəri yayılır.

Fizyonominin dünyada bu qədər əhəmiyyətli elm sahəsi olduğu, təcrübələr keçirildiyi, elmi tədqiqatlar aparıldığı, kitablar yazıldığı halda ölkəmizdə bu sahədə araşdırmalar yox səviyyəsindədir. Halbuki təkcə siyasətçilər və idarəçilər səviyyəsində deyil eyni zamanda fərdlər arası ikili münasibətlərin qurulması zamanı qarşısındakı insanı tanımaq və onun xarakterini oxumaq üçün bu elmin öyrənilərək tətbiqi mümkündür.


Hökməli bələdiyyəsinin sədr müavini 

Hüquqşunas, Fərman Salmanlı