Tailand aeroportu da işi dayandırdı

11 Yanvar 2017 13:58 (UTC+04:00)

Tailandın cənubundakı Nakhon Sithammarat əyalətində hava limanı ötən həftənin sonundan bəri bağlı qalır.

Bu barədə Movqe.az  trend-ə istinadən məlumat verir.

Məlumata görə, ötən həftədən bəri davam edən şiddətli yağıntılar aeroportun uçuş-eniş zolağının su altında qalmasına səbəb olub. Tailandın hava limanları administrasiyası bu aeroportun yanvarın 13-də işini bərpa edə biləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar bu hava limanına gəlməli olan təyyarələr Tailandın cənubundakı digər hava limanlarına yönləndirilir.