Voleybol üzrə Gənc qızlardan ibarət Milli komandamız (U 18) bu gün Rumıniyaya yola düşüb.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, Avropa Çempionatının II seçmə mərhələsində iştirak edəcək qızlarımız E qrupunda mübarizə aparacaq.
12-15 yanvar tarixlərində keçiriləcək yarışda millimizin rəqibləri Rusiya, Rumıniya və Portuqaliya milliləri olacaq.
Qrupda I olan komanda cari ilin 1-9 aprel aralığındatarixində Hollandiyada keçiriləcək Final mərhələsinə vəsiqə qazanır.
13.01.2017. Azərbaycan – Rusiya
12.01.2017. Portuqaliya – Azərbaycan
15.01.2017. Rumıniya – Azərbaycan