SOCAR vitse-prezident haqqında yayılan məlumatlara aydınlıq gətirdi

11 Yanvar 2017 16:11 (UTC+04:00)

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilin mətbuat xidmətindən  verilən məlumata görə, bu məlumat tamamilə əsassızdır:

“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.

Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.  /trend/