Vətəndən qaçıb bəlaya sığındı onlar - FOTO

11 Yanvar 2017 23:00 (UTC+04:00)

Serbiyanın paytaxtı Belqraddakı qaçqın-miqrant düşərgələrindən birindəki mənzərələr 2-ci Dünya Savaşı illərində çəkilmiş fotoları xatırladır.

Movqe.az milli.az-a  istinadən bildirir ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya yollanmış miqrantlar həddən artıq soyuq havada yemək növbəsinə durublar.

Belqradda havanın temperaturu hazırda -30 dərəcədir.