Dovşan ovladığına görə həbs edildi

11 Yanvar 2017 21:30 (UTC+04:00)

Sabirabadda qanunsuz ov edən şəxs tutulub.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 10-da Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində rayon sakini Ağamoğlan Muxtarov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi və 8 ədəd dovşan götürülüb.