FİFA-nın tədbiri zamanı oğurluq olub - FOTO

11 Yanvar 2017 16:46 (UTC+04:00)

FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən əvvəl oğurluq hadisəsi baş verib. Movqe.az goal.az-a istinadənxəbər verir ki,  "Daily Mail" qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sının oğurlandığını yazıb.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"nin studiyasına gedərkən yoxa çıxdığı bildirilir.

Qeyd edək ki, "Hublot Big Bang" saatlarının birinin dəyəri təqribən 12 min avrodur.