“Pula görə səviyyəsi aşağı olan Azərbaycan çempionatını seçdi”

13 Yanvar 2017 12:19 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Ukraynanın “Olimpik” klubunun prezidenti Vladislav Qelzin Kirill Petrovun “Neftçi”yə keçməsindən danışıb: “Onun gedişinə çox təsirləndim. Futbolda elə ayrılıqlar var ki, adam üzülür. O, komanda üçün vacib oyunçulardan idi. Amma Kirill belə istədi. Ona yalnız uğur arzu edə bilərəm. Petrovun ailəsində bəzi problemlər var. Hansı ki, mən onları deyə bilmərəm. Bu səbəbdən də daha çox pul qazanacağı yerə getdi.  Onu başa düşmək olar”.