Rusiyada arvadını öldürən azərbaycanlı Şəmkirdə tutulub

13 Yanvar 2017 12:27 (UTC+04:00)

Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. 
 
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub