9 nəfəri güllələyən qatilə ÖLÜM HÖKMÜ verildi

14 Yanvar 2017 15:30 (UTC+04:00)

2015-ci ildə ABŞ-ın Cənubi Karolina ştatındakı kilsələrdən birində 9 afroamerikalını qətlə yetirməkdə müqəssir bilinən Dilan Ruf ölüm hökmünə məhkum edilib.
 Movqe.az  xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı prisyajnılar məhkəməsi tərəfindən çıxarılıb.
2015-ci ilin iyununda 22 yaşlı ağ amerikalı Dilan Ruf Cənubi Karolinanın Çarlston şəhərindəki kilsədə doqquz afroamerikalını güllələyib. Ona qarşı 33 maddə üzrə ittiham irəli sürülüb və o, bütün maddələr üzrə müqəssir bilinib./publika.az/