Gömrük daxilolmaları artıb - 42 faiz

13 Yanvar 2017 17:37 (UTC+04:00)

2016-cı ildə Dövlət Gömrük Komitəsi (DGK) büdcəyə 2,26 milyard manat köçürüb.

Bu, 2015-ci ildə qeydə alınmış göstəricidən 42,1 faiz çoxdur.

Bu barədə  Movqe.az DGK-nin hesabatına istinadən məlumat verir.

Ümumilikdə 2016-cı il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 1,81 milyard manat səviyyəsində planlaşdırılmışdı. 12 ay ərzində bu proqnoz 450 milyon manat artıqlaması ilə yerinə yetirilib.

2016-cı ildə gömrük rüsumlarından daxilolmalar 600,21 milyon manat, ƏDV-dən - 1,52 milyard manat, aksizlərdən - 92,89 milyon manat, yol vergisi xətti ilə daxilolamalar 83,24 milyon manat təşkil edib.

Dekabr ayında gömrük daxilolmaları 235,01 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 53,56 milyon manat, ƏDV-dən – 148,42 milyon manat, aksizlərdən - 6,34 milyon manat, yol vergisi xətti ilə daxilolamalar 2,67 milyon manat təşkil edib.