85 yaşlı müğənni vəfat etdi

13 Yanvar 2017 18:12 (UTC+04:00)

Tanınmış rok ulduzu Tomi Alsop 85 yaşında vəfat edib.

Movqe.az-ın axşam.az-a  istinadən məlumatına görə, musiqiçinin bel əməliyyatından sonra yaranan problem səbəbindən öldüyü bildirilir.

Bir sıra mükafatların sahibi olan müğənni, bəstəkar, gitarist Tomi 2000-ci ildə Qremmi mükafatını qazanıb.

Qeyd edək ki, 1959-cu ildə o, həmkarları Badi Hollinin ve Biq Bopperin vəfat etdiyi təyyarə qəzasında həyatını itirə bilərdi. Lakin son anda minməkdən imtina etdiyini və həyatı boyu bunun üçün tanrıya dua etdiyini bildirmişdi.