Braziliya həbsxanasında qiyam: 10 ölü

15 Yanvar 2017 15:29 (UTC+04:00)

Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Natal şəhərində yerləşən həbsxanada qiyam baş verib.

Movqe.az-ın  verdiyi məlumata görə, qiyam nəticəsində azı 10 nəfər ölüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.

Qeyd edək ki, yanvar ayının əvvəlindən Braziliyanın həbsxanalarında qiyam nəticəsində 100-dən artıq insan ölüb. /trend/