Bağdadda partlayış: 4 ölü

16 Yanvar 2017 09:00 (UTC+04:00)

Bağdadın cənubunda partlayış baş verib.

Movqe.az-ın  "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri hazırda polis tərəfindən əhatəyə alınıb.

Partlayışa görə məsuliyyəti ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması üzərinə götürməyib.