Bişkekdə Türkiyənin yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb - 37 nəfər

16 Yanvar 2017 10:07 (UTC+04:00)

"Türk Hava Yolları" şirkətinə məxsus "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Movqe.az trend-ə  istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.