Mövlud Çavuşoğlu: Qırğızıstandakı təyyarə qəzası ilə bağlı istənilən yardıma hazırıq

16 Yanvar 2017 11:42 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə telefon danışığı zamanı Bişkek yaxınlığında yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istənilən yardıma hazır olduqlarını bildirib.

Movqe.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Türkiyə XİN-dəki mənbə bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

 
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir. / trend /