Xəyyam: "Tünzalə Ağayeva səhnəmizin Elton Conudur"

16 Yanvar 2017 12:27 (UTC+04:00)

"Əməkdar artist Tünzalə Ağayeva səhnəmizin Elton Conudur".

Movqe.az xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov həmkarı Tünzalə Ağayevaya ünvanlayıb. Müğənni isə "ATV maqazin onlarla" verilişində Xəyyama cavab verib:

"Bunu Xəyyam deyib. Sağ olsun mənə Elton Con deyir, amma mən Tünzalə Ağayevayam. Bu da mənə bəsdir.Yaxşı ki, yaxşı ad verir. 2 ilə yaxındır ki, mənimlə birgə konsert vermək istəyir. Bunu gərək ciddi bir şəkildə danışmaq lazımdır. İdeya olaraq çox maraqlıdır". / big.az /