Müşviq İsayevin xatirə turnirində ikinci gün yunan-Roma güləşçiləri yarışıb

16 Yanvar 2017 13:36 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir başa çatıb. 

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib. 

İkinci yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləş üzrə 123 pəhləvan mübarizə aparıb. 

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyə ilə təltif edilib.