“Neftçi” Paraqvay əsilli hücumçunu sınayır

16 Yanvar 2017 15:55 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən “Neftçi”nin düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.

Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” kimi klubların şərəfini qoruyub.