Şahin Mustafayev: Azərbaycan Çexiyaya qeyri-neft məhsullarının ixracını genişləndirəcək

17 Yanvar 2017 13:27 (UTC+04:00)

Azərbaycan Çexiyaya qeyri-neft məhsullarının ixracını genişləndirmək niyyətindədir.

Movqe.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Çexiyaya ixrac edə biləcəyi məhsulların siyahısının müəyyən olunması üçün təhlillər aparılıb.

Ş.Mustafayev deyib: “İlk növbədə bu, müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən fındıq, çay, tərəvəz, meyvə, pambıq, şərab və digər məhsullardır”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan və Çexiya sənaye, nəqliyyat, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər.