Millimiz Estoniya ilə qarşılaşacaq

17 Yanvar 2017 15:47 (UTC+04:00)

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda 9 - 12-ci yerlər uğrunda ilk görüşdə Estoniya yığması ilə qarşılaşacaq.

Qalib komanda 9-cu yer üçün Belarus - Moldova matçının ən güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə 11-ci yer uğrunda mübarizə aparacaq. 

Növbəti mərhələnin oyunları yanvarın 20-də olacaq. Turnirə isə bundan bir gün sonra yekun vurulacaq.