Ebru Gündeş üç illik səssizliyini pozur

18 Yanvar 2017 12:36 (UTC+04:00)

Müğənni Ebru Gündeş üç illik fasilədən sonra yeni albom hazırlıqlarına başlayıb.

Movqe.az-ın  axşam.az-a istinadən məlumatına görə, ifaçı çoxdan gözlənilən albomunu apreldə təqdim etmək fikrindədir.

Artıq mahnı seçimləri edən və yaxın zamanda səsləndirmələr üçün studiyaya girməyə hazırlaşan Ebrunun sənət dünyasındakı məşhur adlarla əməkdaşlıq etdiyi iddia olunur.