Azərbaycanda adlar və soyadlarla bağlı yeni qanun layihəsi hazırlanıb

18 Yanvar 2017 15:13 (UTC+04:00)

Azərbaycanda adlar və soyadlarla bağlı yeni hazırlanmış qanun layihəsi bu sessiya parlamentdə müzakirəyə çıxarılacaq.Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib. O qeyd edib ki, layihəni komitə hazırlayıb: "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub".

APA