Almaniyada növbəti parlament seçkilərinin tarixi açıqlanıb

18 Yanvar 2017 16:45 (UTC+04:00)

Almaniya hökuməti parlament seçkilərinin tarixini müəyyənləşdirib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib. Qərara əsasən, bundestaqa seçkilər bu il sentyabrın 24-də keçiriləcək. Müvafiq təklif rəsmi təsdiq üçün ölkə prezidenti Yohim Qauka ünvanlanıb.