Azərbaycanın Şəki və Türkiyənin Göynük şəhərləri qardaşlaşmış şəhər elan olunub

18 Yanvar 2017 17:00 (UTC+04:00)

Azərbaycanın Şəki şəhəri ilə Türkiyənin Antalya əyalətinin Göynük kurort şəhəri qardaşlaşmış şəhər elan olunub.“Report” "BoluExpress"ə istinadən xəbər verir ki, Şəki bələdiyyəsinin sədri Elşad İbadovun rəhbərlik etdiyi nümayəndə heyəti Göynükə səfər edib. Səfər çərçivəsində Göynük bələdiyəsinin sədri Kemal Kazanla E.İbadov arasında Şəki və Göynükün qardaşlaşmış şəhərlər elan olunması haqqında protokol imzalanıb.Sənədə əsasən, iki şəhər turizm və yerli idarəçilik sahələrində əməkdaşlıq edəcək.  Xatırladaq ki, Şəki rayonunda Aşağı Göykün və Baş Göynük adlı iki kənd var.