Çin iqtisadiyyata rekord məbləğdə pul ötürüb

18 Yanvar 2017 17:45 (UTC+04:00)

Çin Xalq Bankı (Mərkəzi Bank, PBOC) Yeni İl bayramı öncəsi (millli təqvimlə) maliyyə bazarlarına açıq bazar əməliyyatları vasitəsilə 410 mlrd. yuan və ya 60 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu, 2004-cü ildən sonra rekord həcmdə gündəlik məbləğ sayılır. Beləliklə, bu həftə PBOC-un iqtisadiyyatın likvidliklə təminatı 845 mlrd. yuan və ya 124 mlrd. dollar təşkil edib. Nəticədə, ölkədə faiz dərəcələri artmağa başlayıb. Banklararası 7 günlük repo faiz dərəcəsi 0,17% bəndi artaraq 2,58%-ə çatıb. 

Fransanın "Societe Generale" bankından Frensis Çunq bildirib ki, PBOC maliyyə bazarını bayram öncəsi likvidliklə tam təmin etdiyinə əmin olmaq istəyib, həmçinin, 28 günlük əks-repo əməliyyatları ilə mümkün kapital axınının qarşısını almağı planlaşdırır.