Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub, 18 uşaq ölüb

19 Yanvar 2017 11:40 (UTC+04:00)

Hindistanın Uttar-Pradeş ştatında məktəb avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 18 uşaq ölüb, 40 uşaq xəsarət alıb. APA-nın "Times of India" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Etax bölgəsində baş verib. Uşaqları məktəbə aparan avtobus kartof daşıyan yük avtomobili ilə toqquşub. Faktla bağlı araşdırma aparılır.