Çindən kapital axını davam edir

19 Yanvar 2017 12:10 (UTC+04:00)

 2016-cı ildə Çindən kapital axını 728 mlrd. ABŞ dolları təşkil edib.  Movqe.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın "Standard Chartered" bankı açıqlayıb. Məlumata görə, bu, 2015-ci illə müqayisədə 2,2% azdır. Xatırladaq ki,  2015-ci ildə Çindən rekord həcmdə - 744 mlrd. ABŞ dolları məbləğində kapital axını baş verib. Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2017-ci il yanvarın 1-nə 3,01 trln. dollar təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 41 mlrd. dollar azalıb.