Nuridə Allahyarovaya yeni vəzifə verildi

19 Yanvar 2017 14:29 (UTC+04:00)

Nuridə Allahyarova Azərbaycan Universitetində rektorun ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib. Bu barədə Movqe.az-a Nuridə Allahyarovanın özü məlumat verib. Bildirib ki, dünən müvafiq əmrlə sözügedən vəzifəyə təyinat alıb: "Bu gündən iş başındayam. İnşaallah bundan sonra da mətbuatla əlaqələrimiz davam edəcək". Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Binəqədi rayon icra hakimiyyətində, daha sonra isə Bakı Nəqliyyat Agentliyində çalışıb.